ABŞ-də faciə: 8 uşaq öldürüldü | VİDEO

   ABŞ-də faciə: 8 uşaq öldürüldü    | VİDEO
  20 Aprel 2026    Oxunub:1307
ABŞ-nin Luiziana ştatında ağır faciə baş verib. Atışma nəticəsində 8 uşaq həlak olub, ikisi yaralanıb. Ölən uşaqlar 1-14 yaş arasındadırlar.
Polis atəş açanın bir nəfər olduğunu güman edir. O, qaçırdığı avtomobilin vasitəsilə hadisə yerindən uzaqlaşıb. Amma təqib əsnasında baş verən atışma zamanı öldürülüb.

Hadisənin motivləri hələ ki məlum deyil. Bilinən odur ki, öldürülən uşaqların bəziləri qatilin qohumları olublar.



UPD: ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində səkkiz uşağın ölümü ilə nəticələnən silahlı insidenti törədən şəxsin 31 yaşlı ABŞ ordusu veteranı Şamar Elkins olduğu müəyyən edilib. “The New York Post” bildirir ki, hadisə zamanı səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərdən yeddisi onun öz övladı olub.

Nəşrin məlumatına görə, hadisədən əvvəl Elkins sosial mediada uşaqlarla bağlı paylaşımlar edib, o cümlədən Pasxa bayramı zamanı kilsəyə səfəri ilə əlaqədar çəkilmiş şəkilləri dərc edib. Paylaşımlarından birində o, ruhi sağlamlıq problemlərinin öhdəsindən gəlmək üçün Allaha dua etdiyini qeyd edib.

Samir Quliyev
AzVision.az


Teqlər: ABŞ   Kriminal  



Xəbər lenti